
Bakı. Trend:
Naməlum silahlı şəxslər Nigeriyanın şimalında magistral yolda
pusqu quraraq 30 nəfəri öldürüblər.
Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.
Bildirilir ki, silahlılar Maqami və Dansaduarasındakı yolda
pusqu qurublar. Onlar mülki şəxslər də daxil olmaqla 30 nəfəri
öldürüblər və çox sayda insanı yaralayıblar. Təhlükəsizlik
qüvvələri cavab atəşi açaraq atışmada bir neçə silahlını
öldürüblər.”
Nigeriya təxminən 20 ildir ki, ölkənin şimalında və
şimal-şərqində terrorizmlə mübarizə aparır. 2025-ci ilin dekabr
ayından bəri ABŞ Nigeriyaya bu problemin həllində kömək edir, bir
neçə yüz əsgər, silah və sursat göndərib. Lakin, əsasən Boko Haram
qruplaşmasından olan ekstremistlərin hücumları davam edir.


