
Bakı. Trend:
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkof bazar ertəsi günü
Moskvaya səfər edəcək.
Trend xəbər verir ki, onun
Rusiya Prezident Vladimir Putinlə görüşməsi gözlənilir. Səfər
Dövlət katibi Marko Rubio və Cared Kuşnerin Floridada yüksək
səviyyəli Ukrayna nümayəndə heyəti ilə görüşməsindən bir gün
sonraya təsadüf edir.
Səfər zamanı Rusiya-Ukrayna müharibəsinin sona çatması ilə bağlı
ABŞ-ın irəli sürdüyü sülh planı müzakirə ediləcək.


