
Bakı. Trend:
Macarıstanın yeni hökuməti Rusiya ilə açıq və qarşılıqlı faydalı
münasibətləri inkişaf etdirməyə çalışacaq.
Trend xarici
mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin yeni Baş naziri
Peter Maqyar tərəfindən xarici işlər naziri vəzifəsinə namizəd
irəli sürülən Anita Orban bildirib.
“Rusiya Avropadakı roluna görə vacib tərəfdaş olaraq qalır,
lakin onunla münasibətlər birtərəfli asılılıq üzərində
qurulmamalıdır”, – deyə o, parlamentin xarici işlər komitəsində
keçirilən dinləmələrdə bildirib.
Orban qeyd edib ki, uzunmüddətli perspektivdə Macarıstan Rusiya
ilə münasibətlərində qarşılıqlı maraqlara əsaslanan iki suveren
dövlət arasında şəffaf münasibətlər sistemi qurmağa çalışacaq.
Onun Xarici İşlər Naziri vəzifəsinə namizədliyini Xarici İşlər
Komitəsinin altı üzvü dəstəkləyib, üçü isə əleyhinə səs verib. Aİ
İşləri Komitəsi əvvəllər onun lehinə səs vermişdi. Orbanın
namizədliyi parlamentin bütün tərkibi tərəfindən sorğu-sualsız
təsdiqlənəcək. Tisza Partiyası 12 aprel seçkilərində 199 yerdən
141-ni qazanıb. Onun lideri Maqyar 9 mayda Macarıstan hökumətinin
yeni başçısı olub.


