Azərbaycan millisi Avropa Kubokunu 9 medalla başa vurdu

Baş səhifə

Bakı. Trend:

Gürcüstanın Qori şəhərində keçirilən cüdo üzrə böyüklər arasında
Avropa Kuboku başa çatıb.

Trend xəbər
verir ki, ikinci yarış günündə daha 4 cüdoçumuz fəxri kürsüdə yer
alıb. Əjdər Bağırov -100 kq çəki dərəcəsində bütün rəqiblərini
məğlub edərək qızıl medal qazanıb.




Bu çəki dərəcəsində Elmar Qasımov bürünc mükafata sahib çıxıb.
Xəyyam Əliyev (-90 kq) və Diana Tçkayeva (-48 kq) da turniri bürünc
medalla başa vurublar. İlk yarış günündə İslam Rəhimov (-66 kq)
qızıl, Elşən Əsədov (-66 kq) gümüş, Babarəhim Mirzəyev (-60 kq),
Nizami İmranov (-66 kq) və Rüfət Şövlətov (-73 kq) bürünc medal
əldə etmişdilər. Yekunda 2 qızıl, 1 gümüş və 6 bürünc medal qazanan
Azərbaycan ümumi komanda hesabında üçüncü, kişilər arasında isə
ikinci yeri tutub.