ABŞ-İran danışıqları gələn həftə İslamabadda bərpa oluna bilər

Baş səhifə

ABŞ və İran arasında danışıqların yeni mərhələsi gələn həftə İslamabad şəhərində keçirilə bilər.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ və İran vasitəçilərin iştirakı ilə münaqişəyə son qoyulmasına yönəlmiş, bir ay davam edəcək danışıqların şərtlərini müəyyənləşdirən anlaşma memorandumunun hazırlanması üzərində işləyirlər. Qəzet qeyd edir ki, danışıqlar gələn həftə İslamabadda bərpa oluna bilər.

Bildirilir ki, tərəflər irəliləyiş əldə edərsə, ilkin bir aylıq müddət qarşılıqlı razılaşma əsasında uzadıla bilər.