
Bakı. Trend:
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə
dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.
Braziliya millisi Norveçlə qarşılaşıb. Nyu-Yorkdakı “MetLayf”
stadionunda oynanılan görüş Avropa təmsilçisinin 2:1 hesablı
qələbəsi ilə başa çatıb. Norveçin heyətində hər iki qolu Erlinq
Holann vurub. “Sambaçılar”ın qoluna isə penaltidən Neymar
fərqlənib.
Bununla da Braziliya millisi mundialda mübarizəni dayandırıb.
Norveç isə 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Norveç növbəti raundda İngiltərə – Meksika cütünün
qalibi ilə qarşılaşacaq.

