
Bakı. Trend:
Tamblinq üzrə Azərbaycan millisinin üzvü Mixail Malkin Dünya
Kuboku seriyasının qalibi olub.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasından (AGF) məlumat
verilib.
İdmançı mövsüm ərzində keçirilən Dünya Kuboku mərhələlərində
nümayiş etdirdiyi yüksək və sabit nəticələr sayəsində bu uğura imza
atıb.

