Hakan Fidandan ABŞ-yə MESAJ 

Baş səhifə

“Ankara Zirvəsi əvvəlkilər kimi bir NATO toplantısı olmayacaq. Bu, rəsmən “NATO 3.0″ın başlanğıc nöqtəsi hesab edilə bilər. Sammitdə qəbul olunacaq qərarların həm Türkiyənin, həm də daxil olduğu coğrafiyanın təhlükəsizliyi baxımından uzunmüddətli və ciddi nəticələri olacaq”.

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Haber Global” telekanalına müsahibəsində deyib. 

Hakan Fidan Türkiyə ilə ABŞ arasındakı ikitərəfli əlaqələrə də toxunub. O qeyd edib ki, müdafiə sənayesi sahəsində mövcud olan siyasi əngəllər artıq geridə qalmalıdır.

Bundan əlavə, XİN başçısı rəsmi Ankara ilə Vaşinqton arasında yeni mərhələnin anonsunu verib:

“Prezident Rəcəb Tayyib Ərdoğan ilə Donald Tramp arasında keçiriləcək görüş iki ölkə münasibətlərinə tam fərqli və yeni bir dinamika qazandıracaq. Türkiyə və ABŞ-nin bir çox regional məsələlərdə ortaq mənafeləri var. Liderlərin görüşündə tərəflər arasındakı strateji əməkdaşlıq sahələrinin daha da gücləndirilməsi istiqamətində konkret addımlar müzakirə olunacaq”.

Qeyd edək ki, 7-8 iyul tarixlərində Türkiyənin ev sahibliyi ilə keçiriləcək Ankara Zirvəsində 32 üzv ölkə ilə yanaşı, Asiya-Sakit okean regionundakı bəzi NATO tərəfdaşlarının liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski də daxil olmaqla müxtəlif dəvətlilərin iştirakı nəzərdə tutulur.