Dünya çempionatı: İngiltərə 1/4 final mərhələsinə vəsiqə qazanıb

Baş səhifə

Bakı. Trend:

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə
dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.

İngiltərə millisi Meksika ilə qarşılaşıb. Mexiko stadionunda
reallaşan görüş İngiltərə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə
başa çatıb. İngiltərə yığmasında Cud Bellinqem və Harri Keyn
fərqləniblər. Şimali Amerika təmsilçisinin heyətində isə Xulian
Kinyones və Raul Ximenez dəqiq zərbə müəllifi olublar.




Qeyd edək ki, İngiltərə növbəti raundda Norveç seçməsi ilə
qarşılaşacaq.