Cəbrayılın Şükürbəyli kəndində növbəti köç karvanı yola salınıb

Baş səhifə

Bakı. Trend:

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola
salınıb.

Köç prosesinin bu mərhələsində kəndə 46 ailə, ümumilikdə 223
nəfər yerləşdirilib.




Şükürbəyli kəndinə köçürülən ailələr uzun illər ərzində
respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda,
sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış
məcburi köçkünlərdir.