Tramp Zelenski ilə görüşdən sonra Putinlə danışmağı planlaşdırır

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Türkiyədə keçiriləcək NATO sammiti
çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən
sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı
planlaşdırır.

Bu barədə “Reuters” agentliyi yüksəkvəzifəli ABŞ rəsmisinə
istinadla məlumat yayıb.




Mənbənin sözlərinə görə, Trampın Putinlə danışığı Zelenski ilə
görüşdən sonra baş tuta bilər.

Bundan əvvəl CNN Ağ Evə istinadla ABŞ Prezidentinin NATO sammiti
çərçivəsində Volodimir Zelenski ilə ikitərəfli görüş keçirəcəyini
bildirmişdi.