Azərbaycan gimnastları Portuqaliyadakı turnirlərdə uğurlu nəticələr göstəriblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

4 və 5 iyul tarixlərində Portuqaliyanın Koimbra şəhərində
keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun final
həyəcanı başa çatıb.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat
verilib.

Finalda batut gimnastikası üzrə təmsilçimiz Maqsud Mahsudov
61.440 xal toplayaraq yarışı 7-ci pillədə tamamlayıb.

Kişilərin sinxron proqramında isə Maqsud Mahsudov və Hüseyn
Abbasov bürünc medalın sahibi olublar.

Tamblinq üzrə mübarizədə isə Mixail Malkin 32.300 xalla bütün
rəqiblərini geridə qoyaraq qızıl medala sahib çıxıb. Tofiq Əliyev
29.300 xalla üçüncü yeri tutaraq bürünc medal qazanıb. Gümüş medala
isə Portuqaliya təmsilçisi Vasco Peso layiq görülüb.




Eyni gündə keçirilən Coimbra GymFest beynəlxalq turnirində də
Azərbaycan gimnastları uğurlu çıxışları ilə yadda qalıblar.

Batut gimnastikası üzrə fərdi proqramda Maqsud Mahsudov qızıl,
Hüseyn Abbasov isə gümüş medal qazanıb.

Tamblinq üzrə komanda yarışlarında Aleksey Karataşov, Bilal
Qurbanov və Hüseyn Əsədullayev qızıl medala layiq görülüblər.

Fərdi proqramda Bilal Qurbanov qızıl, Aleksey Karataşov isə
bürünc medal əldə edib. Bundan əlavə, Sənan Rzazadə qızıl, Əsnad
Niftiyeva və Xədicə Məmmədzadə də gümüş medalla turniri başa
vurublar.