Goranboyda qəza olub, 7 nəfər xəsarət alıb

Baş səhifə
Goranboyda mikroavtobusla minik maşını toqquşub, 7 nəfər xəsarət alıb

Goranboy rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Borsunlu kəndinin ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Ford” markalı mikroavtobusla eyni markalı minik avtomobilli toqquşub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.