Zelenski Türkiyəni Moskva ilə Kiyev arasında danışıqlar üçün əsas platforma kimi görür

Baş səhifə

Bakı. Trend:

Volodimir Zelenski ABŞ-ı ölkəsinin şərqindəki münaqişə ilə bağlı
dialoqda iştirakını davam etdirməyə razı salmaq cəhdlərini
dayandırıb.

Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.

Zelenski azırda Vaşinqtonun köməyi olmadan danışıqlar aparmaq
strategiyası üzərində işləyir.




Bildirilir ki, o, Türkiyəni Moskva ilə Kiyev arasında danışıqlar
üçün əsas platforma kimi görür.

Daha əvvəl ABŞ administrasiyasındakı mənbələrmediaya
açıqlamalarında bildirmişdilər ki, Amerika rəsmiləri artıq Ukrayna
ilə bağlı danışıqlar mövzusunun Ağ Evdə sonuncu dəfə nə vaxt
müzakirə edildiyini xatırlamırlar, çünki ABŞ danışıqçıları əsasən
İrana diqqət yetirirlər.