
Bakı. Trend:
2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
(BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 50
219, XI siniflərini 37 222, XII siniflərini isə (əyani-qiyabi tam
orta məktəb və qiyabi sinifləri) 78 nəfər bitirir.
Bu barədə Trend-ə BŞTİ-dən məlumat verilib.
Məlumata görə, paytaxtdakı ümumi təhsil müəssisələri üzrə 41 941
nəfər I sinfi başa vurur.
Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil
məktəblərində 530 988 şagird təhsil alır.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 32
052 müəllim fəaliyyət göstərir.
2025-2026-cı tədris ilində paytaxt üzrə ümumi təhsil
məktəblərinin məktəbəhazırlıq qruplarını 21 384 uşaq başa
vurub.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 371 ümumi təhsil müəssisəsi
fəaliyyət göstərir.

