
Bakı. Trend:
“Marsel”in futbolçusu Meyson Qrinvud Fransada klubunu dəyişə
bilər.
Trend xəbər
verir ki, ingiltərəli vingerin uğurlu çıxışı PSJ-nin diqqətini
çəkib. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
Klubu Qrinvudu yüksək məbləğ qarşılığında satmağı düşünür. Onlar
25 yaşlı ön xətt oyunçusu üçün 80 milyon avro tələb edirlər.
Qeyd edək ki, “Marsel” Meyson Qrinvudu 2024-cü ilin yayında “Mançester Yunayted”dən 26 milyon avroya transfer edib. İngiltərə
millisinin sabiq üzvü cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində
meydana çıxdığı 42 rəsmi matçda 15 qol və 10 məhsuldar ötürmə ilə
yadda qalıb.


