
Vətəndaşların daha rahat və təhlükəsiz hərəkətini təmin etmək
məqsədi ilə həftəsonu təmir işlərinin davam etdirilməsi nəzərdə
tutulur.
Trend bildirir
ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat
yayıb.
Bununla əlaqədar olaraq aşağıda adları qeyd olunan ərazilərdə
hərəkət qismən və ya tam məhdudlaşdırılacaq:
Səməd Vurğun küçəsi (A.A.Bakıxanov-M.Mirqasımov küçəsi
arası)
Rəşid Behbudov küçəsi (S.Rəhimov-S.Zeynalov küçəsi arası)
Vaqif prospekti (C.Hacıbəyli-S.Vurğun küçəsi arası)
Tarix və vaxt:
01 may saat 23:00-dan 04 may saat 07:00-dək – hərəkət aparılacaq
işlərdən asılı olaraq qismən və ya tam məhdudlaşdırılacaq.
Xarici Dairəvi yolda (“20 Yanvar” istiqaməti)
01–03 may tarixlərində, hər gün saat 07:00–23:00-dək qismən
məhdudiyyət
01–04 may tarixlərində, hər gecə saat 23:00–07:00 arası tam
məhdudiyyət.
Xarici Dairəvi yolda tam məhdudiyyət tətbiq edildiyi müddətdə
hərəkət Salyan şosesi (Bibiheybət məscidi istiqaməti) üzrə təmin
ediləcək.

