Azərbaycanda birinci rübdə vahid xəzinə hesabının idarə edilməsindən 7 milyon manatdan çox gəlir əldə edilib

Baş səhifə

Bakı. Trend:

Bu ilin I rübündə Azərbaycanda vahid xəzinə hesabının qalığının
aktiv idarəetməyə verilməsindən dövlət büdcəsiə 7,4 milyon manat
ümumi faiz gəliri (yalnız xarici valyutada) daxil olub.

Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.




2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə
edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat
gəlir əldə edilmişdi.

Bundan əlavə, artıq ödənilmiş və “ƏDV geri al” layihəsi
çərçivəsində vəsaitlərin geri qaytarılması üzrə ümumilikdə 61,8
milyon manat ƏDV məbləği formalaşıb. Bu vəsaitin 62,1 milyon manatı
fiziki və hüquqi şəxslərə geri qaytarılıb, 0,3 milyon manatı isə
dövlət rüsumu təşkil edib.