Uruqvay ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Baş səhifə

Bakı. Trend:

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Uruqvayın
xarici əlaqələr nazirinin müavini Valeriya Çukasi ilə görüşüb.

Trend xəbər
verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.




Görüşdə Azərbaycanın səmərəli sərmayə mühiti, strateji coğrafi
mövqeyi, nəqliyyat-logistika potensialı diqqətə çatdırılıb. İki
ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinin,
eyni zamanda, rəqəmsal iqtisadiyyatın inkişafı, texnologiya
transferi və data mərkəzləri sahələrində tərəfdaşlığın əhəmiyyəti
vurğulanıb.

Qarşılıqlı ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi və
mövcud imkanlardan səmərəli istifadə edilməsi barədə görüş zamanı
müzakirələr aparılıb. Eyni zamanda, sərmayələrin təşviqi və
qarşılıqlı qorunması sahəsində əməkdaşlıq imkanları barədə fikir
mübadiləsi edilib.