Tramp iri neft şirkətlərinin rəhbərləri ilə enerji böhranını müzakirə edib

Baş səhifə

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının
nümayəndələri Ağ Evdə Amerikanın iri neft-qaz şirkətlərinin
rəhbərləri ilə İranla münaqişə nəticəsində yaranmış enerji
böhranını müzakirə ediblər

Trend bu barədə
xarici KİV-ə istinadla xəbər verir.




Məlumata görə, ABŞ administrasiyası tərəfindən görüşdə Ağ Evin
aparat rəhbəri Süzan Uayls, maliyyə naziri Skot Bessent, ABŞ
liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff, sahibkar və Trampın
kürəkəni Cared Kuşner iştirak ediblər. Korporasiya rəhbərləri
arasında “Chevron” şirkətinin baş direktoru Maykl Uirt də yer
alıb.

Bildirilir ki, Tramp administrasiyası və ABŞ Konqresindəki
respublikaçılar ölkədə benzinin bahalaşmasının siyasi fəsadlarına
hazırlaşırlar. Bu artım dünya bazarında neft qiymətlərinin
yüksəlməsi və Hörmüz boğazındakı vəziyyət səbəbindən neft
tədarüklərinin azalması ilə bağlıdır. Enerji sektorundakı
qeyri-müəyyənlik neft-qaz şirkətlərinə də təsir göstərir. Neft
qiymətlərinin uzunmüddətli artımı dünya bazarında ABŞ yanacağına
tələbi azalda bilər.