ABŞ İranla müharibəyə təxminən 25 milyard dollar xərcləyib

Baş səhifə

Bakı. Trend:

ABŞ bu günə qədər İrana qarşı hərbi əməliyyatlara təxminən 25
milyard dollar xərcləyib.

Trend xarici
mediaya istinadla xəbər verir ki, bunu ABŞ Müdafiə nazirinin
müavini vəzifəsini icra edən Culs Herst deyib.

O, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin
dinləməsində deyib ki, bu günə qədər “Epik Qəzəb” əməliyyatına
təxminən 25 milyard dollar xərclənib.




Herst bildirib ki, bu vəsaitin böyük hissəsi sursata
xərclənib.

“Münaqişənin tam xərc qiymətləndirməsini başa çatdırdıqdan sonra
Ağ Ev vasitəsilə Konqresə əlavə ayırmalar üçün sorğu təqdim
edəcəyik”, – deyə Herst qeyd edib.