
Bakı. Trend:
Seçki rüşvətxorluğu ilə bağlı cinayət işi ilə əlaqədar iş adamı
Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasının beş
tərəfdarının həbs olunub.
Trend xəbər
verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə
Komitəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi “Güclü Ermənistan” partiyası adından fəaliyyət göstərən bir qrup
şəxsin iyun ayında keçiriləcək parlament seçkilərində adı çəkilən
siyasi qüvvəyə səs vermək müqabilində bir sıra vətəndaşlara seçki
rüşvəti verdiyinə dair etibarlı məlumat əldə edib.
Komitə əlavə edib ki, istintaq həmçinin “Güclü Ermənistan”
adından hərəkət edən şəxsin seçkilər zamanı xeyriyyəçilik
qadağasını pozduğunu və vətəndaşları mitinqlərdə iştirak etməyə
təhrik etdiyini müəyyən edib.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi əlavə edib ki, Ermənistan
Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi
açılıb, bir sıra axtarışlar aparılıb və beş nəfər saxlanılıb.


