
Akapulkoda keçirilən “Tianguis Turístico México 2026” sərgisi
çərçivəsində keçirilən görüşdə Azərbaycan və Meksika arasında
turizm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi
perspektivləri müzakirə olunub.
Trend-in
Meksikanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata
görə, görüşdə Azərbaycan nümayəndə heyətinə Turizm Bürosunun icraçı
direktoru və Azərbaycan Dövlət Turizm Agentliyi sədrinin Turizm
Məsələləri üzrə müşaviri Florian Zenqstşmit rəhbərlik edib.
Meksika tərəfini Meksika Turizm Nazirliyinin İnnovasiya, Davamlı
İnkişaf və Turizmdə Peşəkarlıq Departamentinin müdiri Migel Aquniqa
Rodrigez təmsil edib
Görüşdə tərəflər turizm sektorunda əməkdaşlıq strategiyaları
barədə fikir mübadiləsi aparıb və bu sahədə ikitərəfli əməkdaşlığın
gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Danışıqlar 27-30 aprel tarixlərində Akapulkoda keçirilən ən
böyük illik B2B turizm sərgisi olan 50-ci “Tianguis Turístico
México” çərçivəsində baş tutub.


