
Bakı.Trend:
Arxeoloqlar Türkiyənin cənub-qərbində yerləşən qədim Laodikiya
şəhərində 2000 il tarixi olan mərmər Afina heykəlini aşkar
ediblər.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Hündürlüyü iki metr olan heykəl Qərb teatrının viranəlikləri
altında üzü aşağı vəziyyətdə tapılıb. Heykəlin başı və qolları
hələlik aşkar edilməyib.
Heykəlin zirehində Meduza qorqonunun başı təsvir olunub,
mifoloji varlığın geyimi isə parçanın naturalistik teksturasını
yaradan qatlarla incə şəkildə işlənib.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy
tapıntını şəhərin tarixi irsinə “əhəmiyyətli əlavə” adlandırıb.
Onun sözlərinə görə, heykəl Avqust dövrünün (e.ə. 27-ci il — b.e.
14-cü il) klassik bədii üslubunu əks etdirir.


