
Bakı. Trend:
“Mançester Yunayted” yayda müdafiə xəttini yeni oyunçu ilə
gücləndirməyi planlaşdırır.
Trend xəbər verir ki, “qırmızı şeytanlar” “Brayton”da çıxış edən Ferdi Kadıoğlunu
transfer etmək istəyir. Bu barədə “TEAMtalk” məlumat yayıb.
Klubu türkiyəli futbolçunu satmağın əleyhinə deyil. Onlar 26
yaşlı sol cinah müdafiəçisi üçün 50 milyon avro tələb edirlər.
Qeyd edək ki, “Brayton” Ferdi Kadıoğlunu 2024-cü ilin yayında “Fənərbaxça”dan 50 milyon avroya transfer edib. Türkiyə millisinin
üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı
38 rəsmi matçda 1 qol vurub.


