Gəncədə ağır yol qəzasında 11 nəfər yaralanıb

Baş səhifə
Gəncədə ağır yol qəzasında 11 nəfər yaralanıb

Gəncə şəhəri ərazisində baş verən ağır yol qəzasında 11 nəfər xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, Şah İsmayıl Xətai prospektində” VAZ-21010″ və “Great Wall” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində 2007-ci il təvəllüdlü İsgəndər Yusifov, 2009-cu il təvəllüdlü Əli Bağırov, 1975-ci il təvəllüdlü Anar Musazadə, 2009-cu il təvəllüdlü Ə. Bağırov, 2007-ci il təvəllüdlü İ. Yusibov, 1975-ci il təvəllüdlü A. Musazadə, 2009-cu il təvəllüdlü N. Musazadə, 2006-cı il təvəllüdlü A .Rəhimov, 2011-ci il təvəllüdlü A. Musazadə və 1977-ci il təvəllüdlü V. Həsənova və 2009-cu il təvəllüdlü Nərmin Musazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.