Uşaq musiqi məktəblərində müəllimlərin bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək

Baş səhifə

Uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində təhsilverənlərin nəzəri və praktiki bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, indiyə qədər qüvvədə olan qanuna əsasən, uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində təhsilverənlərin fəaliyyəti attestasiya ilə qiymətləndirilib. Beləliklə, attestasiya sertifikasiya ilə əvəzlənir.