
Bakı. Trend:
Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babiş
Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Trend xəbər verir ki, Qəbələ
Beynəlxalq Hava Limanında Çex Respublikasının Baş nazirinin
şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Çexiyanın Baş naziri Andrey Babişi Azərbaycanın xarici işlər
naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşıladılar.


