Messi karyerasının 905-ci qolunu vurdu

Baş səhifə

Bakı. Trend:

Şimali Amerika Futbol Liqasında (MLS) növbəti oyunlar keçirilib.
“İnter Mayami” səfərdə “Kolorado Repidz”in qonağı olub. Qarşılaşma
qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Trend xəbər verir ki, “İnter
Mayami”nin heyətində ulduz futbolçu Lionel Messi dubl edərək
qələbədə əsas pay sahibi olub. Komandanın digər qoluna isə Herman
Berterame imza atıb. Meydan sahiblərinin qollarını Rafael Navarro
və Darren Yapi vursalar da, bu, məğlubiyyətdən qaçmaq üçün kifayət
etməyib.




Bu nəticə ilə ardıcıl iki heç-heçədən sonra qalib gələn “İnter
Mayami” MLS-də məğlubiyyətsizlik seriyasını altı matça yüksəldib.
“Kolorado Repidz” isə son üç oyunda ikinci məğlubiyyətini alıb.

Messi bu oyunda karyerasının 905-ci qolunu vurub.