
Bakı.Trend:
Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,37
Mb/s, mobil internetin median sürəti isə 95,43 Mb/s olub.
Trend-ə
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) istinadən xəbər
verir ki, bu barədə genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin
qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla”nın hesabatında
qeyd olunub.
Yeni hesabata görə, fevral ayı ilə müqayisədə sabit genişzolaqlı
internetin həcmi 0,10 Mb/s və ya 0,11%, mobil internetin sürəti isə
0,48 Mb/s və ya 0,51% yüksəlib.
İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 17,75 Mb/s
(24,11%), mobil internetin sürəti isə 20,81 Mb/s (27,89%)
artıb.
Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə
tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin
göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində
mövqeyinin yüksəldiyini təsdiqləyir.

