Yuxu keyfiyyətini yaxşılaşdıran qida növü açıqlandı

Baş səhifə

Bakı. Trend:

Toyuq zülalı əsaslı qida əlavəsi yuxunun subyektiv keyfiyyətini
və gün ərzində özünü hiss etməni yaxşılaşdıra bilər.

Trend xəbər verir
ki, bu barədə elmi araşdırmanın nəticələri “Frontiers in Nutrition”
jurnalında dərc olunub.

Araşdırmada ilkin olaraq yuxu keyfiyyəti zəif olan 52 sağlam
şəxs iştirak edib.




İştirakçılar təsadüfi qaydada iki qrupa bölünüb: bir qrup dörd
həftə ərzində gündəlik 670 mq dozada hidroliz olunmuş toyuq zülalı
ekstraktı qəbul edib, digər qrup isə plasebo alıb. Plasebo —
tərkibində aktiv müalicəvi maddə olmayan, lakin psixoloji təsir
nəticəsində xəstədə yaxşılaşma hissi yarada bilən “saxta”
preparatdır.

Effektivlik Pitsburq Yuxu Keyfiyyəti İndeksi (PSQI) vasitəsilə
qiymətləndirilib; bu indeks həm ümumi yuxu göstəricisini, həm də
onun ayrı-ayrı komponentlərini əhatə edir.

Eksperimentin yekunlarına görə, qruplar arasında ümumi yuxu
indeksi baxımından əhəmiyyətli fərqlər aşkar edilməyib. Bununla
belə, əlavəni qəbul edən iştirakçılarda yuxu keyfiyyətinin
subyektiv qiymətləndirilməsi yaxşılaşıb və bu fərq statistik
cəhətdən əhəmiyyətli olub. Başqa sözlə, insanlar həqiqətən daha
yaxşı yatdıqlarını hiss ediblər.