Niderland millisinin hücumçusu “Roma”da qalacaq

Baş səhifə

Bakı. Trend:

“Roma” “Aston Villa”dan icarəyə götürdüyü Donyell Malenlə bağlı
qərar verib.

Trend xəbər verir ki, A
Seriyası təmsilçisi niderlandlı hücumçunun transfer hüquqlarına
yiyələnəcək. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.




Malenin performansı məşqçilər korpusunu məmnun edib. Paytaxt
klubu 27 yaşlı forvard üçün 25 milyon avroluq satınalma bəndini işə
salacaq.

Qeyd edək ki, “Roma” Donyell Maleni bu ilin yanvarında icarəyə
götürüb. Niderland millisinin üzvü “canavarlar”ın heyətində meydana
çıxdığı 14 rəsmi matçda 11 qol və 1 məhsuldar ötürmə ilə yadda
qalıb.