
Tehran beş ərəb dövlətinə təzminat tələbi irəli sürərək onları İslam Respublikasına qarşı hərbi əməliyyatlarda “İsrail və ABŞ ilə əlbir olmaqda” ittiham edib.
“Report”un İranın “Tasnim” agentliyinə istinadən məlumatına görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bəyan edib.
“Bəhreyn, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı qanunsuz hərəkətləri nəticəsində İrana dəymiş maddi və mənəvi ziyanı tam şəkildə ödəməyə borcludurlar”, – nəşr diplomatdan sitat gətirib.
İrəvaninin sözlərinə görə, Tehran hesab edir ki, adıçəkilən dövlətlər İslam Respublikasına qarşı beynəlxalq öhdəliklərini pozaraq İranla hərbi qarşıdurmada İsrail və Amerika Birləşmiş Ştatlarının şəriklərinə çevriliblər .
Bununla belə, daimi nümayəndə ərəb ölkələrinin məhz hansı hərəkətlərinin İran tərəfi tərəfindən bu münaqişədə “əlbirlik” kimi tövsif edildiyini konkretləşdirməyib.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


