
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində
1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil
olub.
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal
hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda
Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə
batma təhlükəsində olan 2004-cü il təvəllüdlü Əliyeva Nuridə Tapdıq
qızı dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil
verilib.

