Avstriyanın Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyaların həcmi açıqlandı

Baş səhifə

Bakı.Trend:

2025-ci ildə Avstriyanın Azərbaycana birbaşa investisiyalarının
həcmi 50,359 milyon ABŞ dolları təşkil edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu
göstərici 2024-cü illə müqayisədə 26,582 milyon ABŞ dolları və ya
2,1 dəfə azalıb.

Belə ki, hesabat ilində Avstriyadan daxil olan investisiyaların
Azərbaycanın ümumi birbaşa xarici investisiyalarındakı payı 0,4%
təşkil edib.




2024-cü ildə Avstriyadan Azərbaycana birbaşa investisiyaların
ümumi həcmi 23,777 min ABŞ dolları olub.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanın iqtisadiyyatına
yönəldilən birbaşa xarici investisiyaların həcmi 6,595 milyard ABŞ
dollarını ötüb. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 450,9
milyon ABŞ dolları və ya 6,4% azdır.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici ölkələrin
iqtisadiyyatlarına yönəldilən birbaşa xarici investisiyaların həcmi
2,528 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin
göstəricisi ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4%
çoxdur.