ABŞ altıncı nəsil “F-47” qırıcısını sürətləndirilmiş şəkildə hazırlayacaq

Baş səhifə

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələri altıncı nəsil “F-47” qırıcısının
sürətləndirilmiş hazırlanmasını prioritet istiqamət kimi müəyyən
edib. Məqsəd prototipin ilk uçuşunu 2028-ci ildə
reallaşdırmaqdır.

Trend xəbər verir
ki, bu barədə Ağ Evin Konqresə təqdim etdiyi 2027-ci maliyyə ili
üçün hərbi büdcə layihəsində məlumat verilir.




Sənəddə bildirilir ki, 2027-ci il büdcə sorğusunda “F-47”
qırıcısının operativ hazırlanması və istehsalına xüsusi diqqət
yetiriləcək.

Məlumata görə, “F-47” qırıcısının uçuş mənzili 1 000 dəniz
milindən (1852 km) çox ola bilər ki, bu da əvvəlki modellərlə
müqayisədə əhəmiyyətli dərəcədə yüksək göstəricidir.