Bakı. Trend:
Minifutbol üzrə Azərbaycan çempionatının qalibi
müəyyənləşib.
Trend-in
məlumatına görə, final qarşılaşmasında “Zirə” komandası “Birbaşa
Bakı” ilə üz-üzə gəlib.
Bakı Tennis Akademiyasında keçirilən oyunda “Zirə” 4:1 hesablı
qələbə qazanaraq çempionluğa yiyələnib.
Üçüncü yer uğrunda keçirilən görüşdə isə “Aznur” komandası
“Sumqayıt”ı 6:4 hesabı ilə məğlub edib.
Beləliklə, “Zirə” qızıl, “Birbaşa Bakı” gümüş, “Aznur” isə
bürünc medallara sahib olub.

