Messi gündəm oldu

Baş səhifə

Argentinanın futbol üzrə yığmasının hücumçusu Lionel Messi 2026-cı ilin dünya çempionatının qrup mərhələsini turnirin ən yaxşı bombardiri kimi başa vurub.

Metbuat.az xəbər verir ki, argentinalı üç qrup mərhələsinin oyununda altı qol vurub.

Messi Əlcəzairə qarşı start oyununda (3:0) het-trik edib. Sonra Avstriyaya qarşı (2:0) oyunda iki qol vurub, həmçinin İordaniyaya qarşı 3:1 hesablı qələbədə də fərqlənib.

O, dünya çempionatları tarixində qrup mərhələsini altı qolla başa vuran beşinci oyunçu olub. Əvvəllər oxşar nəticələrə macarıstanlı Sandor Koçiş (7 qol, 1954), alman Gerd Müller (7 qol, 1970), fransız Jüst Fonten (6 qol, 1958) və rusiyalı Oleq Salenko (6 qol, 1994) nail olublar.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.