Ölkə ərazisinin əksər yerlərində yağış yağır – FAKTİKİ HAVA

Baş səhifə

Bakı. Trend:

Saat 12:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər
yerlərində arabir şimşək çaxır, yağış yağır.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məluma yayıb.

Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.




Yağıntının miqdarı Yardımlıda 43 (aylıq normanın 93%-i),
Şamaxıda 40 (aylıq normanın 64%-i), İsmayıllıda 30, Lerikdə 26
(aylıq normanın 55%-i), Qəbələdə 26, Beyləqanda 22 (aylıq normanın
82%-i), Xızıda 22, Qax (Sarıbaş), Lənkəranda 20 (aylıq normanın
45%-i), Biləsuvarda 18 (aylıq normanın 90%-i), İmişlidə 18 (aylıq
normanın 66%-i), Şuşa, Füzulidə 18, Şahdağda 16, Bakıda və Abşeron
yarımadasında 15 (aylıq normanın 150 %-i), Sabirabadda 13 (aylıq
normanın 47%-i), Neftçalada 12 (aylıq normanın 101%-i), Astarada
12, Qobustanda 11, Cəlilabad, Quba, Gədəbəydə 10, Zaqatala, Qusarda
9, Oğuz, Şirvan, Daşkəsən, Şəkidə (Kişçay) 8, Culfada 7, Şabran,
Cəbrayılda 5, Şahbuzda 4, Naxçıvan, Tovuzda 3, Naftalan, Göygöl,
Ağdam, Kürdəmir, Laçında 2, Xaçmaz, Balakən, Şərur, Ordubad,
Goranboy, Şəmkir, Gəncə, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab,
Kəlbəcər, Xocalı, Zəngilan, Xankəndi, Qubadlıda 1 mm-dək qeydə
alınıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti
Bakıda və Abşeron yarımadasında 25, Naftalanda 21, Goranboyda 19,
Gəncədə 18, Şərur, Culfada 16, Şəkidə 15 m/s-yə çatır.