
Bakı. Trend:
İslamabadda Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir
xarici işlər nazirlərinin dördtərəfli görüşü keçirilib.
Trend xəbər verir
ki, bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb.
Görüşdə əsasən regiondakı gərginliyin azaldılması və ABŞ ilə
İsrailin İranla müharibəsi kontekstində diplomatik səylər müzakirə
olunub. Dördtərəfli məsləhətləşmələr zamanı XİN başçıları
regiondakı vəziyyəti qiymətləndirib və sülh, təhlükəsizlik
məsələlərində fikir mübadiləsi aparıblar.
Qeyd edilir ki, hazırda Pakistan İran və ABŞ arasında əsas
vasitəçi missiyasını həyata keçirir və bu çərçivədə Türkiyə və
Misir də prosesə töhfə verməyə çalışır.


