“Mercedes” komandasının italiyalı pilotu Andrea Kimi Antonelli “Formula 1” üzrə 2026-cı il dünya çempionatının üçüncü mərhələsinin – Yaponiya Qran-prisinin qalibi olub.
“Report” xəbər verir ki, yarışlar “Suzuka” avtodromunda keçirilib.
İkinci yeri “McLaren”dən olan avstraliyalı Oskar Piastri tutub. İlk üçlüyü “Ferrari”nin heyətində çıxış edən monakolu Şarl Lekler tamamlayıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

