Antalyada Azərbaycan parataekvondoçuları 4 medal qazanıblar

Baş səhifə

Bakı. Trend:

Türkiyənin Antalya şəhərində keçirilən Parataekvondo üzrə
Türkiyə Açıq Beynəlxalq Turnirində Azərbaycan idmançıları 4 bürünc
medal qazanıblar.

Trend-in
məlumatına görə, İmaməddin Xəlilov (K44, 70 kq) 1/8 finalda İvan
Ovçarovu (Rusiya), 1/4 finalda Mehmet Ünala (Türkiyə) qalib gələrək
yarımfinala yüksəlib və yarışı bürünc medalla başa vurub. Sabir
Zeynalov (K44, 58 kq) Timur Baitimirov (Rusiya) və Fayoz Valijonovu
(Özbəkistan) məğlub edərək bürünc medal əldə edib.




Amin Əliyev (K44, 63 kq) 1/8 finalda Paris-2024-ün bürünc
mükafatçısı Ayub Aduişi (Mərakeş), 1/4 finalda isə Mehmet Dönməzi
(Türkiyə) üstələyərək bürünc medal qazanıb. Səmayə Həsənova (K44,
47 kq) isə Medine Cin və Gül Ekincini (Türkiyə) məğlub edərək
turniri üçüncü yerdə tamamlayıb.

Bütün idmançılar yarımfinala qədər irəliləyərək Los-Anceles-2028
Yay Paralimpiya Oyunlarına reytinq xalları qazanıblar.