Kubaya qarşı sanksiyalar beynəlxalq hüququ pozur – Quterreş

Baş səhifə

Bakı. Trend:

Kubaya qarşı sanksiyalar beynəlxalq hüququ pozur və böhranın
həlli üçün dialoq lazımdır.

Trend xarici
mediaya istinadla xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio
Quterreş Nayrobidə keçirilən mətbuat konfransında bildirib.




“Kubaya qarşı sanksiyalarla bağlı mövqeyimiz tamamilə aydındır.
Baş Assambleya hər il bu sanksiyaları beynəlxalq hüququn pozulması
hesab edən qətnamə qəbul edir. Biz Kubadakı humanitar vəziyyətdən
açıq şəkildə dərin narahatıq və Kuba üçün hərbi həll yolu
olmadığına inanırıq. Kuba xalqının indiki qədər əziyyət çəkməsinin
qarşısını almaq üçün dialoq lazımdır”, – deyə Quterreş
bildirib.

5 martda ABŞ prezidenti Donald Tramp elan edib ki, Vaşinqton
İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kuba ilə bağlı
əlavə tədbirlər planı hazırlamaq niyyətindədir.