İranın İsrailin cənubuna endirdiyi raket zərbəsi nəticəsində 20 nəfər yaralanıb

Baş səhifə

İsrailin cənubundakı Dimona bölgəsində raket hücumu nəticəsində 20 nəfər xəsarət alıb.

Bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.

Qeyd olunur ki, yaralananlar arasında 10 yaşlı uşaq da var.

İran dövlət televiziyasının məlumatına görə isə, Dimonaya zərbə İsrailin Natanzdakı nüvə obyektinə hücumuna cavab olaraq endirilib.