Bakı. Trend:
“Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa İngiltərə
klublarının diqqət mərkəzinə düşüb.
Trend xəbər verir
ki, “Mançester Yunayted” və “Liverpul” fransalı futbolçunu heyətinə
qatmaqda maraqlıdır.
Hər iki klubun yay transfer pəncərəsində oyunçu uğrunda mübarizə
aparmağa hazır olduğu bildirilir.
Məlumata görə, vasitəçilər Kamavinqanın təxminən 40 milyon
avroya transferinin mümkün ola biləcəyini qeyd edirlər.
Xatırladaq ki, Eduardo Kamavinqa 2021-ci ildə “Renn”dən “Real
Madrid”ə 31 milyon avro qarşılığında keçib. Onun Madrid təmsilçisi
ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədədir.
Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 33 oyunda iştirak
edib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

