Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Binəqədi rayonu ərazisində təkər və məişət tullantıları
yığılmış ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil
olub.
Bu barəd Trend-ə FHN-in Mətbuat xidmətindən məlumat
verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər
görülür.
Əlavə məlumat veriləcək.

