
Bakı. Trend:
Çin iki eksperimental “Shiyan-30” peykini orbitə çıxarıb.
Trend-in
məlumatına görə, bu barədə “Xinhua” agentliyi xəbər verib.
Məlumata əsasən, raketin buraxılışı yerli vaxtla səhər saat
6:33-də Siçuan vilayətinin cənub-qərbindəki Siçan kosmodromundan
həyata keçirilib. Cihazlar kosmosa “Long March-2D” raket daşıyıcısı
vasitəsilə buraxılıb.
Bu seriyadakı peyklər elmi ekperimentlər, ətraf mühitin
monitorinqi və yeni texnologiyaların sınaqdan keçirilməsi üçün
nəzərdə tutulub.

