
Azərbaycanda dillə bağlı ən ciddi problemlərdən biri orfoqrafiya ilə orfoepiyanı ayıra bilməməkdir.
“Report” xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının professoru, Azərbaycan Mətbuat Şurasının Dil Komissiyasının üzvü, professor Qulu Məhərrəmli “Medianın dili elmi müzakirə müstəvisində” adlı konfransda deyib.
Onun sözlərinə görə, insanlar yazdığı kimi danışmağa ya da danışdığı kimi yazmağa vərdiş edib:
“Azərbaycanda dilini korlayan faktlardan biri də televiziya yaxud radioda futbol şərhçilərinin səsləndirdiyi səhv ifadələrdir. Bundan əlavə mediada ən çox yol verilən səhvlərdən biri də “hava şəraiti” ifadəsinin işlədilməsidir. Bu nümunələrin əksər hissəsi məna səhvləridir”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


