Fəzail Ağamalı vəfat edib

Baş səhifə
Fəzail Ağamalı vəfat edib

Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı vəfat edib.

Bu barədə “Report”a Milli Məclisin deputatı Səbinə Salmanova məlumat verib.

O, 78 yaşında Türkiyədə dünyasını dəyişib.

Qeyd edək ki, bu barədə ilk xəbəri “manşet.az” yayıb.

Xatırladaq ki, F.Ağamalı Milli Məclisin 6 çağırış üzvü olub. Qızı Günay Ağamalı Milli Məclisə VII çağırış deputat seçilib. Atasının rəhbərlik etdiyi partiyanın sədridir.