ABŞ İranla “yaxşı danışıqlar” apardı – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ İranla “çox yaxşı danışıqlar” aparıb və Tehran razılaşma
əldə etməyə can atır.

Trend-in
məlumatına görə, bu barədə jurnalistlərə ABŞ prezidenti Donald
Tramp deyib.

“İranla bağlı çox yaxşı danışıqlarımız da oldu. Görünür, İran
razılaşma əldə etməkdə çox istəklidir”, – deyə o bildirib.




O, bir daha İran yaxınlığında ABŞ qüvvələrin yerləşdirildiyini
təkrarladı.

“Bizim böyük bir armadamız var və böyük donanmamız həmin
istiqamətdə irəliləyir və çox tezliklə orada olacaq”, – deyə o
əlavə edib.